Fransa hakimiyyəti iş adamı Pavel Durova qarşı səyahət məhdudiyyətlərini tamamilə aradan qaldırıb.
Bakupost.az -ın Bloomberg agentliyinə istinadən məlumatına görə, bu barədə qərar 10 noyabrda verilib. Artıq Telegram-ın qurucusu polis bölməsinə müraciət etmədən Fransanı sərbəst şəkildə tərk edə bilər.
Xatırladaq ki, 24 avqust 2024-cü ildə Pavel Durov Azərbaycandan Fransaya uçub və Parisdəki Le Burje hava limanında saxlanılıb.
28 avqustda Paris prokurorluğu Telegram-ın qurucusuna Fransa hakimiyyəti ilə əməkdaşlıq etməmək və uşaq pornoqrafiyasının yayılması üçün rəqəmsal vasitələrin təmin edilməsində iştirak etmək, narkotik qaçaqmalçılığı və fırıldaqçılıq da daxil olmaqla altı maddə üzrə ittiham irəli sürüb. Durov sonradan həbsdən azad edilsə də, məhkəmə nəzarəti altında qalıb. 2025-ci ilin mart ayında məhdudiyyətlər yumşaldılıb.
Zaur, BakuPost