Fransa iyulun 17-də Seneqaldakı son hərbi bazalarını rəsmən təhvil verib və bu ölkədə 65 illik mövcudluğuna son qoyub.
Bakupost.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Seneqal Qərbi Afrikada Fransanın daimi hərbi mövcudluğunu saxladığı sonuncu ölkə idi.
Qərbi Afrika ölkəsindəki ən böyük Fransız bazası Camp Gale və onun Dakar hava limanındakı bazası yüksək rütbəli Fransa və Seneqal rəsmilərinin iştirak etdiyi mərasimlə təhvil verilib.
Bununla da Fransa ordusu Qərbi və Mərkəzi Afrikada daimi bazasız qalıb.
Hərbi bazalarını və Ordusunu Qərbi və Mərkəzi Afrikadan çıxarması ilə Fransa Dövləti hər il azı on milyardlarla avroluq məxariclərə ən azı 55-76% qənaət etmiş, hərbi kontingentini sərt-isti və kəskin qarşı qarşıdurma ölkələrindən xilas etmiş oldu! Yüksək maliyyə qənaəti və *vətən müdafiəçiləri*nin xilaskarlığına görə rəsmi Paris *Bakı Təşəbbüs Qrupuna* təşəkkürlə xilaskarlıq ordenlərinə təqdimatla, dövləti qənaətdən bir neçə qonorarlar da borclu olmadımı?