Ru
23:26 / 07 Oktyabr 2025

Gerasimov Putinə böyük hücum planını açıqladı

Gerasimov Putinə böyük hücum planını açıqladı
Eye

Rusiya Silahlı Qüvvələri bütün cəbhə xətti boyunca, xüsusilə Ukraynanın hərbi-sənaye obyektlərini hədəf alaraq aktiv hücum əməliyyatları aparır.

Bakupost.az xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Müdafiə Nazirliyinin rəhbərliyi ilə görüşdə prezident Vladimir Putinə məlumat verib.


Baş Qərargah rəisinin sözlərinə görə, Rusiya ordusu eyni anda bir neçə əsas sahədə təzyiqləri artırır.


“Baş Qərargahın planlarına uyğun olaraq, Ukraynadakı hərbi obyektlərə və hərbi sənaye obyektlərinə məqsədyönlü, kütləvi zərbələrə davam edirik”, - deyən Gerasimov xüsusilə raket sistemləri və pilotsuz uçan aparatların istehsal müəssisələrinin hədəf alındığını bildirib.


Onun sözlərinə görə, ən qızğın döyüşlər Mərkəz qüvvələrinin cavabdehlik zonasında - Krasnoarmeysk və Dnepropetrovsk istiqamətlərində gedir.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar