Ru
17:21 / 14 Fevral 2020

“Google Maps”-dən azərbaycanlılara ÇAĞIRIŞ

2120
Yeni qlobal layihəyə start verilir, layihə ilk olaraq Bakıdan başlayacaq.


“Bakı Google Maps”də adlı layihədə şəhərimiz geniş formatda Google Maps-də yerləşdiriləcək. Layihədə vətənini və şəhərini sevən istənilən şəxs iştirak edə bilər. Qeyd edək ki, bu iştirak edəcək şəxslərin gələcəkdə Google-da karyera imkanına böyük təkan olacaq.

Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilir. Layihədə iştirak olduqca asandır:

1. Street View proqramını yükləyirsiz
2. Daxil olursuz "Private" (личный)
3. Və olduğunuz yerin şəkilini çəkirsiniz


Saat fərqimiz olduğu üçün təsdiqlənmə biraz gecikə bilər. Əgər yerləşmə düzgün və çəkilən şəkillər
keyfiyyətlidirsə, Google tərəfindən təsdiqlənəcək. Təsdiqlənməni isə Google Maps-ə daxil olaraq izləyə
bilərsiniz.

Xahiş edirik ki, əlavə edilən şəkillərlə bağlı [email protected] e`mailinə məlumat verilsin. Layihənin
rəhbəri Jalə Orucova layihədə iştirak edən və vətənini dünyaya tanıdan hər bir şəxsə xüsusi təşəkkür
ediləcəyini bildirib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər