Goranboyda minik avtomobili aşıb, xəsarət alanlar var.
Bakupost.az Report-a istinadla, hadisə rayonun Rəhimli kəndində qeydə alınıb.
"Hyundai" markalı avtomobilin aşması nəticəsində 1989-cu il təvəllüdlü E. Şirinova, 1980-ci il təvəllüdlü S.Məmmədova, 1982-ci il təvəllüdlü L. Abdullayeva, 1978-ci il təvəllüdlü S. Məmmədova, 1981-ci il təvəllüdlü Y.Məmmədova, 1988-ci il təvəllüdlü A.Haqverdiyeva bədən xəsarətləri alıblar.
Zərərçəkənlər xəstəxanaya çatdırılıb, vəziyyətləri kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.