Ru
10:19 / 13 Sentyabr 2021

Gorus-Qafan yolunda Azərbaycan polisinin postları - VİDEO

10462



İrandan Azərbaycan ərazisində müvəqqəti yerləşmiş Rusiya sülhməramlılarının nəzarət etdiyi əraziyə qanunsuz yüklərin daşınmasının qarşısının alınması ilə bağlı polisin qurduğu postdan videogörüntülər yayılıb.


Bakupost.az xəbər verir ki, görüntülərdə artıq Daxili İşlər Nazirliyinin Çevik Polis Alayı əməkdaşlarının Gorus-Qafan yolu üzərində qurulan postda xidmət etdiyi məlum olur. Həmin postda beton lövhələrlə ziqzaqvari maneələr yaradılıb. Burada İrandan Ermənistana, oradan isə Azərbaycanın Qubadlı rayonunun ərazisindən keçən yük maşınlarına nəzarət olunur.

Məlumata görə, maşınların daşıdığı yüklər yoxlanıldıqdan sonra onların hərəkətinə icazə verilir. İçərisində qadağan olunmuş yüklər olan avtomobillər geri qaytarılır.

Qeyd edək ki, son günlər İranın Qarabağa qanunsuz yük daşımaları Azərbaycanı ciddi narahat edib. Bakının etirazına baxmayaraq, bir ay sonra İran yük maşınlarının Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz daxil olmağı ilə bağlı görüntülər də yayılmışdı.

Eyni zamanda, məsələ ilə bağlı Azərbaycan Müdafiə Nazirliyi tərəfindən Rusiya Federasiyası Müdafiə Nazirliyi və Sülhməramlı qüvvələrin komandanlığına məktublar ünvanlanıb.

Şərhlər
  • Abdullayev Şahin Əvəzağa

    Gorus Qafan yolunu bağlamaq lazımdır Erməniyə güzəştetmək olmaz Bu qədər dözmüşük bir azda dözərik Şuşaya yerli əhalini yox digər ərazilərdən əhali köçürmək lazımdır Çünki oların bir çoxu erməni ilə qohumdur

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər