Ru
15:30 / 27 May 2026

Göyçayda ağır qəza - Ölən və yaralananlar var

Göyçayda ağır qəza -  Ölən və yaralananlar var
Eye

Göyçayda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakupost.az xəbər verir ki, hadisə Bakı–Şamaxı–Yevlax avtomobil yolunun rayonun Qarayazı kəndi ərazisindən keçən 199-cu kilometrliyində qeydə alınıb.

İlkin məlumata görə, 3 minik avtomobilinin toqquşması nəticəsində 1 nəfər hadisə yerində ölüb. Xəsarət alan şəxslər Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar