Ru
18:11 / 04 Aprel 2026

Göygöldə FACİƏ: Oğlunun toyunda başına aqlay daşı düşən ata ÖLDÜ

Göygöldə FACİƏ: Oğlunun toyunda başına aqlay daşı düşən ata ÖLDÜ
Eye

Göygöldə bədbəxt hadisə baş verib.

Bakupost.az APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində yerləşən şadlıq saraylarının birində qeydə alınıb.

Belə ki, 1962-ci il təvəllüdlü A.Hüseynovun başına restoranın yaxınlığında aqlay daşı düşüb.

O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, A.Hüseynov bu gün hadisə baş verən restoranda oğluna toy məclisi keçirirmiş.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəliblər.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar