Almaniyada 17-45 yaşlarında kişilər ölkəni üç aydan artıq müddətdə tərk etmək istədikdə Silahlı Qüvvələrdən (Bundesver) icazə almalıdırlar. Bu müddəa ölkədə yanvarın 1-dən qüvvədə olan hərbi xidmət haqqında yeni qanunda əksini tapıb.
Bakupost.az xəbər verir ki, bu barədə yerli mediada yayılan xəbərlər Bundesver tərəfindən təsdiqlənib.
Açıqlamada qeyd olunub ki, Bundesver fövqəladə vəziyyətlər üçün kimin uzun müddət xaricdə olduğunu bilməlidir. Bu səbəbdən yeni hərbi xidmət sistemində müəyyən məcburi elementlərin, o cümlədən məcburi tibbi yoxlamanın tətbiqini dəstəkləmək üçün hüquqi baza yaradılıb. İcazə tələbi müharibə və ya fövqəladə vəziyyət olmadıqda da qüvvədədir.
Eyni zamanda, qeyd edilib ki, bu cür qaydalar “soyuq müharibə” dövründə də mövcud olub, lakin praktik olaraq tətbiq edilməyib.