Ru
11:15 / 06 Aprel 2026

Maaşa dair yeni tələb müəyyənləşir

Maaşa dair yeni tələb müəyyənləşir
Eye

Gender bərabərliyinin təmin olunması məqsədilə işəgötürənlərin bərabər əmək haqqı təmin etmək öhdəliyi konkretləşdirilir.

Bakupost.az xəbər verir ki, bu, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, işəgötürən cinsindən asılı olmayaraq eyni və ya bərabər dəyərli müxtəlif işi yerinə yetirən işçilərə bərabər əmək haqqı ödəməyə borcludur. İşin bərabər dəyərli olması əmək şəraiti, əmək funksiyasının xarakteri və qüvvədə olan vahid tarif-ixtisas sorğu kitabçalarında nəzərdə tutulmuş tarif-ixtisas xüsusiyyətləri nəzərə alınmaqla işəgötürən tərəfindən müəyyən edilməlidir.

Müvafiq olaraq “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” qanuna təklif olunan dəyişikliyə əsasən, əmək haqqının yalnız eyni və ya oxşar işlərə görə deyil, bərabər dəyərli işlərə görə də ödənilməsi nəzərdə tutulur. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən “Cinsindən asılı olmayaraq bir iş yerində işləyən, eyni ixtisas dərəcəsinə malik olan, eyni iş şəraitində işləyən, eyni dəyərli işi yerinə yetirən işçilərə əmək haqqı, həmçinin mükafatlar və işçini həvəsləndirmək məqsədilə ödənilən digər maddi ödənişlər eyni ödənilməlidir.

Qeyd edilən maddəyə əsasən eyni ixtisas dərəcəsinə, eyni dəyərə malik eyni işi görən kişi və qadınlara bərabər əmək haqqı ödənilir. Bu anlayış bərabər dəyərli iş üçün bərabər əmək haqqı standartından daha məhduddur, çünki eyni dəyərə malik olan müxtəlif işləri yerinə yetirən kişilərə və qadınlara aid edilmir. Bununla əlaqədar olaraq 9.1-ci maddə yeni redaksiyada verilir.

Şərhlər
  • Fərhad Xosrovlu

    Azərbaycan siyasi-hüquqi münasibətlər bu fərqi hələ SSRİ avtokratiyası dövründən qəti-əbədi həll edib! Qadın cinlilər əsgərliyə çağırılmır, fiziki ağır işlərə cəlb edilmir, İcra Hakimi və digər yüksək müavin vəzifələrində belə ona tam qabiliyyət-nüfuzlu əvəzləyici kimi deyil, əsasən yardışçı, kargüzar və digər aşağı kateqoriya işçi kimi qəbul edilir. Baş Nazir, Müdafiə Naziri kimi vəzifələr inanılacaq, *qurban veriləcək* qız-qadınlar yetişdirmirik.

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar