Ru
21:59 / 15 May 2026

Güləşçimiz Avropa üçüncüsü oldu

Güləşçimiz Avropa üçüncüsü oldu
Eye

Bolqarıstanın Samokov şəhərində güləş üzrə U17 Avropa çempionatı davam edir.


Bakupost.az xəbər verir ki, beşinci yarış günündə qadın güləşi üzrə mübarizəyə yekun vurulub.

Fatimə Bayramova (53 kq) polşalı Zuzanna Sokolovskaya tam üstünlüklə (10:0) qalib gələrək bürünc medala sahib çıxıb.

Nuray Cəfərli (46 kq) bürünc medal görüşündə xorvatiyalı Lara Blajekoviçə 1:4 hesabla məğlub olaraq 5-ci yerlə kifayətlənib.

69 kq çəkidə yarışan Simurə Abdullayeva isə təsəlliverici görüşdə rusiyalı Polina Yefimovaya 2:8 hesabla uduzub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar