İki gün öncə Türkiyədən Azərbaycana deportasiya edilən Milli Şuranıln Koordinasiya Mərkəzinin üzvü, sabiq millət vəkili Gültəkin Hacıbəylinin səhhətində problemlər yaranıb.
Bakupost.az gununsesi.info-ya istinadən xəbər verir ki, bu barədə sabiq deputatın yaxınları deyib.
Bildirilir ki, Gülktəkin Hacıbətyli uzun müddət Çatalca Geri Göndərmə Mərkəzində ağır şəraitdə saxlanıldığından səhhətində bir sıra problemlər yaranıb.
“Ona görə də müəyyən bir müddət lazımdır ki, sağlıq durumu qaydasına düşsün. Hazırda o, sağlıq durumunun yaxşılaşması üçün müalicə alır”, - yaxınları bildirib.
Onun bu səbəbdən media ilə ünsiyyət qurmadığı bildirilir.
Xatırladaq ki, Gültəkin Hacıbəylinin Türkiyədən Azərbaycana deportasiya edildikdən sonra adı hallanan "Mehdiyev işi"nə görə həbs olunmaması müzakirələrə səbəb olub.