Ru
07:21 / 07 Oktyabr 2025

Günə gözəl başla: Kiçik addımlar, böyük nəticə

Günə gözəl başla: Kiçik addımlar, böyük nəticə
Eye

Bakı oyanır, küçələr dolur, metroda, avtobusda tələsən insanlar bir-birinə qarışır. Bəziləri yorğun, bəziləri narazı, bəziləri də sadəcə tələsir. Amma elə insanlar da var ki, günə bir gülümsəmə ilə başlayır. Onlar üçün hava da daha aydın, yol da daha rahat görünür.

Bəs günə gözəl başlamaq üçün nə etməli?

Əslində çox sadədir.

Birinci addım – minnətdarlıq

Səhər gözünü açanda bir anlıq düşün: nəfəs alırsan, evindəsən, sevdiklərin burdadır. Bu sadə, amma çox böyük xoşbəxtlikdir.

İkinci addım – bir az sakitlik

Telefonu əlinə almamış, xəbərlərə baxmamış, bir neçə dəqiqə sadəcə öz səsini dinlə. Qısa dua, ya da sadəcə “bu gün gözəl keçəcək” demək belə, günün ritmini dəyişir.

Üçüncü addım – gülümsə

Bəli, bəzən süni olsa belə, gülümsəmək beynə “hər şey qaydasındadır” mesajı verir. Və doğrudan da hər şey bir az qaydasına düşür.

Unutmayaq ki, günün necə keçəcəyini çox vaxt səhərki əhvalımız müəyyən edir. Əgər günə narazılıqla başlasan, bütün gün o kölgə səninlə gəzəcək. Amma bir az sevinc, bir az inamla başlasan, elə bil günəş sənin üçün bir az da parlaq doğur.

Ona görə, bu gün bir az daha sakit, bir az daha mehriban ol. Kiməsə salam ver, kiməsə yol ver, kiməsə xoş söz de.
Görəcəksən, bu kiçik şeylər gününü necə dəyişir.

Günə gözəl başla. Çünki gözəl başlayan gün, çox vaxt gözəl də bitir.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar