Ru
23:50 / 09 Mart 2019

Gürcüstan-Avropa Universiteti bağlandı: 250 azərbaycanlı tələbə çətin durumda

Gürcüstan-Avropa Universiteti bağlandı:  250 azərbaycanlı tələbə çətin durumda
Eye

Tbilisidə fəaliyyət
göstərən özəl Gürcüstan-Avropa Universitetinin akkreditasiyası ləğv olunub.

BakuPost-un
"Report”a istinadən məlumata görə, ali məktəbin
avtorizasiyadan keçmək üçün son tarix bu ilin avqustunda başa çatsa da,
universitetdə tədris prosesi mart ayının 4-dən etibarən dayandırılıb.

 

Tələbələr ali məktəbin
akkreditasiyasının ləğv olunmasına etiraz edirlər. Bununla bağlı tələbə
özünüidarəetmə qurumunun üzvləri mətbuat konfransı keçiriblər. Onlar
universitetdə tədris prosesinin bərpasını tələb ediblər.

 

Bildirilib ki,
2013-cü ildə təsis olunan Gürcüstan-Avropa Universitetində hazırda 500-ə yaxın
tələbə təhsil alır. Onların təqribən 250-si Azərbaycan vətəndaşıdır.

 

Tələbə özünüidarəetmə
qurumunun üzvləri məsələ ilə bağlı Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman
Nazirliyində görüş keçiriblər. Gələn həftə ali məktəb nümayəndələrinin
parlamentin Təhsil, elm və mədəniyyət komitəsinin üzvləri ilə görüşəcəyi gözlənilir.

 

Gürcüstan-Avropa
Universitetinin tələbələri qeyd ediblər ki, ali məktəbin akkreditasiyasının bərpa
olunması istiqamətində hüquqi müstəvidə mübarizəni davam etdirəcəklər.

 

Qeyd edək ki, hazırda
Gürcüstanda ali təhsil alan Azərbaycan vətəndaşlarının sayı 2 124 nəfər təşkil
edir. Onların 470-i dövlət, 1 654-ü isə özəl universitetlərdə təhsil alır.

 

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar