Hacıqabul rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 5 nəfər (3 kişi, 2 qadın) yanvarın 7-i saat 09:40 radələrində Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bakupost.az APA-nın məlumatına istinadən xəbər verir ki, bu barədə Şirvan Şəhər Mərkəzi Xəstəxanasından bildirilib.
Qeyd edilib ki, müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən 3 nəfər ambulator müalicə üçün evə buraxılıb.
Hazırda 2 nəfərin (1 kişi, 1 qadın) müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyətləri orta ağırdır.
***
10:52
Hacıqabulda zəncirvari qəza olub.
Bakupost.az APA-ya istinadən xəbər verir ki, hadisə Hacıqabul-Bəhrəmtəpə magistralının Hacıqabul şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. "QAZel" markalı avtomobillə iki "KİA" markalı avtomobil toqquşub. Nəticədə 5 nəfər xəsarət alaraq Şirvan xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.