Ru
09:47 / 13 Noyabr 2025

“Heç birində sertifikat görməmişik” – VİDEO

“Heç birində sertifikat görməmişik” – VİDEO
Eye

Xəbər verdiyimiz kimi, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi 2025-ci ilin yanvar-oktyabr ayları ərzində 78 stomatoloji klinikada yoxlama keçirib. Nəticədə, onlardan 72-də müxtəlif nöqsanlar aşkar edilib.

Bakupost.az Baku.TV-yə istinadən xəbər verir ki, araşdırmalar zamanı məlum olub ki, bu mərkəzlərdən bəziləri lisenziyasız, sertifikasiya şəhadətnaməsi olmadan fəaliyyət göstərib. Görünən odur ki, günü-gündən stomatoloji mərkəzlərin sayı artsa da, onların hamısı heç də tələb olunan qaydalara uyğun şəkildə fəaliyyət göstərmir. Bu isə ilk növbədə pasiyentlərin sağlamlığı üçün ciddi risk yaradır.

Həkim Adil Qeybullanın sözlərinə görə, bütün tibb işçiləri akkreditasiyadan keçməlidirlər:

“Bu zaman hər kəsin diplomu nəzərdən keçirilir və onlara konkret müddət ərzində fəaliyyət göstərmələri üçün lisenziya verilir. Dünyanın hər yerində bu təcrübə tətbiq olunur”.

Hüquqşünas Hikmət Əliyev isə bildirib ki, qanunvericiliyə əsasən, tibbi fəaliyyətin həyata keçirilməsi üçün həm lisenziya, həm sertifikasiya tələb olunur:

“İnzibati Xətalar Məcəlləsinin 210-cu maddəsinə əsasən, lisenziya olmadan özəl tibbi fəaliyyətlə məşğul olan şəxslər inzibati qaydada cərimə edilirlər”.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar