Ru
13:19 / 24 Dekabr 2025

Həftəsonu məktəblərdə dərs olmayacaq? – Nazirlikdən açıqlama

Həftəsonu məktəblərdə dərs olmayacaq? – Nazirlikdən açıqlama
Eye

Bəzi təhsil müəssisələrində dekabrın 27-28-də dərs günü olacağı ilə bağlı məlumatlar yayılıb. Hətta təhsil ocaqlarında bir neçə müəllim belə Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayramları ilə əlaqədar 29 və 30-u tarixlərinin qeyri-iş günü olacağını iddia ediblər.

Bakupost.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bəzi valideynlər onlara məktəblərdə və universitetlərdə iş günlərinin yerlərinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən xəbərdarlıq edildiyini bildiriblər.

Sayt məsələ ilə əlaqədar Elm və Təhsil Nazirliyinə sorğu ünvanlayıb. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, yayılan məlumatlar həqiqətəuyğun deyil: “Nazirlər Kabineti tərəfindən iş və istirahət günlərinin yerinin dəyişdirilməsi ilə bağlı qərar olmadığı üçün dərs və istirahət günlərinin yerinin dəyişdirilməsi nəzərdə tutulmur. Aidiyyəti məsələlərlə bağlı yalnız rəsmi mənbələrə istinad edilməsi xahiş olunur”.

Qeyd edək ki, Azərbaycanda 31 dekabr - 4 yanvar qeyri-iş günləridir. Yanvarın 5-i gələn ilin ilk iş günüdür.
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar