Həkimlərin yemədiyi 12 qida - İmtina səbəbləri

  • 25 Sen 2019 09:18
  • 404 Baxış
Həkimlərin yemədiyi 12 qida -  İmtina səbəbləri
1921-ci ildə ilk dəfə Kanzasda dünyanın birinci hamburger təqdim edən fast-food restoranı açıldıqda, müştəriləri inandırmaq və cəlb etmək üçün sahibkar Billi İnqram bir neçə aktyoru pulla tutaraq, onlara həkim rolu oynamağı tapşırmışdı. Aktyorlar ağ xalat geyinərək, gün ərzində bu restorana guya nahara gəlib gedirdilər. Beləcə müştərilər əmin olurdu ki, hamburger ziyanlı deyil, belə olmasaydı həkimlər yeməzdi.

Bu gün də müshaib olduğumuz, tanıdığımız, eləcə də dünyada məşhur həkimlər sağlam qidalanma barədə danışır,bilir və özləri də əməl edirlər. Bizə elə gəlir ki, onlar da elə satışda olan hər ərzağı qidanı yeyir. Əslində isə həkimlərin özlərinə və ailələrinə qadağa qoyduğu bəzi qidalar var. Sadəcə fast-food, zərərli qidalar o qədər reklam olunur və ya çoxdur ki, həkimlərin çağırışı eşidilmir

BakuPost.az aparılan araşdırmalara görə dünyada həkimlərin imtina etdiyi əsas ərzaqların siyahısını hazırlayıb.


1.Ağ, yüksək növ undan məmulatlar, çörək

Yüksək qlikemik indeksə malik bu məhsullar qanda insulini artırır. Buğda, toxum olması sizi aldatmasın. İnkidi ağ un və çörək süni qidadır, əsl buğdada olan çoxlu faydalı maddələr onda yoxdur.

Hasensak Universitetinin neyrocərrahiyyə şöbəsinin rəhbəri Patrik Rout deyir: "Mən çörək, makaron yemirəm, yeməyəcəm”.
Elm sübut edib ki, ağ undan çörək və digər məmulatlar yeyənlərdə artıq çəki, diabet, ürək damar problemləri olur

2.Alkoqol, içki

Məşhur dermatoloq Devid Soleymani deyir ki, psoriaz, ekzema və bir sıra dəri xəstəliklərindən əziyyət çəkən insan içkidən uzaqlaşmalıdır, çünki alkoqol dərini qurudur, orqanizmdə iltihabi prosesləri artırır. Düzdür, Azərbaycanda içkiyə biganə olmayan həkimlər az deyil. Amma əksəriyyəti arada bir qədəh yaxşı çaxırla kifayətlənir.

3.Alma

Çox həkimlərin menyusunda alma yoxdur. Çünki onu yeməyə vaxtları azdır, həm də almada disaxaridlər,polisaxaridlər, monosaxaridlər var ki, bu da bağırsağı qıcıqlandırır, bəzi problemlər yaradır, eləcə də şəkəri artırır

4.Sintetik dadlandırıcı və rəngləndirici olan ərzaqlar

Bunlara marketlərə gözünüzə dəyən bütün şirin, şəkər, görünüşü bəzəkli konfetlər, marmeladlar, pirojna, desert, al-əlvan qidalar daxildir. Boston xəstəxanasının psixiatrı Rohit Çandra deyir ki, müasir qidalara vurulan sintetik rənglər orqanizmin və beynin işində səngimə yaradır.

E 102, E 129, E 133 əlavələri uşaqlarda diqqət yayqınlığı, hiperaktivlik və yaddaş pozuntusu yaradır.

5. Bekon

"Hesab edirəm ki, bekon dünyada ən pis qidadır” – deyə cərrah Omid Cavadi deyir. Onda çox miqdar yağ, xolesterin var. Faydası isə yoxdur”.
Yedikdə ürək-damar, mədə-bağırsaq sistemini pozur, onkologiya riskini artırır

6. Energetik içkilər

Bizim həkimlər də birağızdan deyir ki, gələcəyimizi, gəncləri bu içkilər məhv edir. Özləri isə energetik içkilərdən uzaqdırlar.
Nyu-Yorkun məşhur osteopat hıkimi bildirir ki, bu içkilər sümükləri əridir, ürəyin mədəciklərini məhv edir. Onu çox içən, gənc yaşında əlil təqaüdçü kimi olar.

7.Tortlar

Tort xoşlayan həkim çətin tapılır. Un, şəkər, krem, rəngdən ibarət bu faydasız qida heç kimə lazım deyil. Beyini şəkərə alışdırır, stresi artırır, iltihabi prosesləri çoxaldır, xərçəngə səbəb olur. Tort yemək insanı vaxtından tez qocaldır.

8.Fast-food, hot doq, hamburger

Termiki işlənmiş ət onkologiya, həzm pozuntusu və ürək xəstəliklərinin birinci səbəbkarıdır. Günümüzün faciəsi palma və trans yağlar da bu qidalardadır. Mənbəyi, keyfiyyəti məlum olmayan əti heç tibb bacısı da yemir, o ki ola həkimlər.

9.Kolbasa, hisə verilmiş məmulatlar, qızarmış toyuq

Naggets, qril, qızarmış kolbasa, sosis dünyanın onkoloq və kardiocərrahlarının bir nömrəli düşmən hesab etdikləri qidalardır. 10.Marqarin yağı

Amerikalı dietoloq Meqan Faletra bildirir ki, marqarinin əsasında hidrogenirizə olunmuş yağ və palma yağı var. Onlar isə həll olmur, damarları tutur. Heç bir həkimin evində marqarin tapmazsız.

11.Meyvə şirələri

Təzə meyvə şirələri faydalıdır desələr də, həkimlər özü hazır və yeni çəkilmiş də olsa meyvə şirələri almır, içmir. Çünki bilirlər ki, bu sadəcə şirin sudan başqa bir şey deyil.

Meyvəni yalnız dişləyib, çeynəyib yemək lazımdır.

12.Ev südü, dondurma

Evdə sağılıb, pasterizə olunmamış süd salmonello, bağırsaq çöpü ilə zəngin ola bilər, bu da bruselyoz və digər xəstəliklərə səbəb olur. Ən yaxşısı pasterizə olunmuş süd içməkdir. Ümumiyyətlə həkimlər 35 yaşdan sonra böyük insanın təbii süd içməsinin tərəfdarı deyillər. Bunun da elmi tibbi səbəbləri var.