Ru
10:26 / 23 Dekabr 2016

İŞİD 2 türk hərbçisini diri-diri yandırdı - VİDEO

İŞİD 2 türk hərbçisini diri-diri yandırdı -  VİDEO
Eye

İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatı
iki türk hərbçisini diri-diri yandırıb.


BakiPost.az xarici mətbuata istinadən xəbər verir
ki, Fetih Şahin və Sefer Taş türk hərbçiləri Hələb yaxınlığında yandırılıb. Təşkilatın üzvləri əsgərləri
zəncirlədikdən sonra onlara od vurub. Hətta əsgərlərin yandırılaraq edam olunması
ilə bağlı video yayımlanıb.


Görüntülərdə türk hərbçilərini edam edən təşkilatın
üzvü Türkiyə rəhbərliyinə mesaj göndərib. O, Türkiyə rəhbərliyindən müsəlmanlarla
döyüşməyi dayandırmağı tələb edib. Təşkilatı Ankaranı müsəlmanlara qarşı
müharibə aparmaqda günahlandırır. Terror təşkilatının üzvləri Türkiyənin bu
müharibəni dayandırmadığı təqdirdə türk hərbçilərini edamı edəcəklərini
bildiriblər.


Sevinc Yasinqızı

Bakı Post



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar