“Biz razılaşmanın bütün bəndlərinə əməl edirik.Oğurlanan şəxslərin cəsədlərinin təhvil verilməsi ilə bağlı çətinliklər barədə vasitəçilərə məlumat verdik və bu problemin həlli üçün böyük səylər göstəririk”.
Bakupost.az xəbər verir ki, bu sözləri HƏMAS-ın mətbuat katibi Hazim Qasim "Əl-Hədat" kanalına verdiyi müsahibəsində bildirib
“İsrail razılaşmanı pozaraq mülki şəxsləri hədəf alıb. O, yardımı şantaj vasitəsi kimi istifadə edir”, - deyə HƏMAS rəsmisi qeyd edib.
Lalə, Bakupost