Ru
21:10 / 14 Sentyabr 2020

Həmsədrlər bəyanat yaydılar

Həmsədrlər bəyanat yaydılar
Eye

ATƏT-in Minsk qrupunun həmsədrləri (Rusiyadan İqor Popov, Fransadan Stefan Viskonti və ABŞ-dan Endrü Şofer) Parisdə məsləhətləşmələr aparıblar.

"BakuPost" xəbər verir ki, bununla bağlı Minsk qrupu bəyanat yayıb.

Bildirilib ki, görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.

Məlumata görə, həmsədrlər bu il iyul ayında Ermənistan-Azərbaycan sərhədində baş vermiş son hadisələrə diqqət yetirərək bölgədəki vəziyyəti müzakirə ediblər.

Bəyanatda qeyd olunub ki, həmsədrlər ATƏT-dəki mandatlarına uyğun olaraq münaqişənin dinc və hərtərəfli nizamlanmasına dair danışıqlara fəal, eləcə də hərtərəfli kömək etməyə davam edirlər.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar