Ru
14:48 / 10 Dekabr 2025

“Hər yerindən duran evlənmək istəyir” – Xalq artisti

“Hər yerindən duran evlənmək istəyir” – Xalq artisti
Eye

Xalq artisti Afaq Bəşirqızı ailə qurmanın məsuliyyəti barədə fikirləri ilə gündəm yaradıb.

Bakupost.az Milli.Az-a istinadən xəbər verir ki, aktrisa ailə qurub, onun məsuliyyətini dərk etməyənlərə üzünü tutub.

O, bildirib ki, əsas məsələ bahalı evdə yaşamaq deyil, sahib olduğunun qədrini bilməkdir. Onun sözlərinə görə, ailənin təməli möhkəm qurulmalı və kişi ailə başçısı kimi öz məsuliyyətini dərk etməlidir:

"Damı daman evdə də yaşamaq olar. Məsələ aldığının qədrini bilməkdədir. Təməli möhkəm qurmalısan. Bir də ki, Kişiliyin olsun, ailə qurmusansa, onu ailə kimi də yaşatmalısan. Hər yerindən duran evlənmək istəyir".

Sənətçinin bu fikirləri sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar