Azərbaycanda hərbi xidmətə çağırış qaydalarında orta məktəbi bitirməyən şəxslərlə bağlı müddəa xüsusi diqqət çəkir.
Bakupost.az xəbər verir ki, yeni qaydalara əsasən, orta təhsilini tamamlamayan gənclərə 20 yaşa qədər hərbi xidmətə möhlət hüququ verilir. Bu norma çağırış sistemində yaş hədlərinin və möhlət mexanizmlərinin yenilənməsi çərçivəsində tətbiq olunur.
Əvvəlki qaydalarda hərbi xidmətə çağırış üçün son yaş həddi 35 idisə, yeni dəyişikliklə bu hədd 30 yaşa endirilib.
Çağırışdan yayınmaya görə sülh dövründə 2 ilədək, müharibə dövründə isə 3 ildən 6 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. /metbuat.az