Ru
09:57 / 01 Avqust 2025

Hərbi xidmətdən təzə qayıdan gənci maşın vurub öldürdü

Hərbi xidmətdən təzə qayıdan gənci maşın vurub öldürdü
Eye

Ağstafada piyadanı avtomobil vuraraq öldürüb.

Bakupost.az "Unikal"a istinadən xəbər verir ki, hadisə rayonda yerləşən marketlərin birinin qarşısında baş verib. Hərəkətdə olan minik avtomobili yolu keçmək istəyən piyada, 2004-cü il təvəllüdlü E.Fazıyevi vurub.

Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Məlumata görə, E.Fazıyev bir neçə gün əvvəl hərbi xidmətdən gəlibmiş.

Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar