Bu gün Sosial Tədqiqatlar Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının təşkilatçılığı ilə "İrəvan xanlığının mətbəxi" kitabının ingilis dili nəşrinin təqdimatı keçirilib.
Bakupost.az xəbər verir ki, təqdimat mərasimində çıxış edən Əməkdar mədəniyyət işçisi, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvü Telli Pənahqızı Azərbaycan mətbəxinin bugünkü vəziyyəti ilə bağlı ciddi narahatlığını ifadə edib.
O bildirib ki, milli mətbəx xalqın yaddaşı və kimliyidir, bu sahəyə münasibətdə məsuliyyətsizlik gələcək nəsillər üçün mədəni boşluq yarada bilər:
“Mətbəx darıxdırıcı və əhəmiyyətsiz sahə deyil. O, millətin ruhudur. Mətbəxi qadınlar yaradır. Təəssüf ki, bu gün qadınlarımızın çoxu mətbəxə girmir, evdə yemək bişirmir. Halbuki bu, təkcə məişət yox, milli mədəniyyət məsələsidir.”
Telli Pənahqızı vurğulayıb ki, milli mətbəximiz zəngin və unikal irsdir, lakin müasir dövrdə bu irsin unudulması prosesi müşahidə olunur:
“Mətbəximiz yavaş-yavaş sıradan çıxır. Biz artıq həyəcan təbili çalmalıyıq. Bu, təkcə kulinariya deyil, mədəniyyətin mühüm hissəsidir. Hər kəs bu barədə düşünməlidir.”
Təqdim olunan nəşrdə İrəvan xanlığının ərazisində formalaşmış tarixi mətbəx nümunələri toplanıb və kitab ilk dəfə olaraq ingilis dilində çap edilib.
Elnur, BakuPost
Qonşu Türkiyədə çoxsaylı kənd ailələrini və Azərbaycan kimi ictimai-işsiz çoxsaylı-qapalı evdar qadınları geniş savadlandırmaq səviyyəli çox çeşidli məşğuliyyətə maraqlandırmaq məramı ilə mətbəx-kulinar geniş TV yayımları ilə çalışır! Ölkəmizdə bu ciddi ailə münasibətləri marağına da, hədsiz reklam səthli guya bədii-cəzb edici müsiqili əyləncə TV ləri qeyri-peşəkar və ixtisaslı-məlumatsız aparıcılarla mədəni-kultura verilişlərini rəqabətli özəl-şəxsi dedi-qodu verilişlərinə çevirməkdədirlər?