Ru
12:45 / 13 Avqust 2026

“Həzi Aslanov” bu tarixdə AÇILACAQ

“Həzi Aslanov” bu tarixdə AÇILACAQ
Eye

Bakı Metropoliteninin “Həzi Aslanov” stansiyasının dalan yolunda aparılan təmir işlərinin 2026-cı ilin noyabr ayının sonunadək tamamlanması nəzərdə tutulur.

"Bakupost" xəbər verir ki, bunu Modern.az-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, hazırda ərazidə yol infrastrukturunun qurulması və kommunikasiya xətlərinin çəkilməsi istiqamətində işlər görülür:

“Yaxın günlərdə media nümayəndələrinin əraziyə səfəri təşkil olunacaq və onlar görülən işlərlə yerində tanış ola biləcəklər. Dalan yolunun noyabr ayının sonunadək istifadəyə verilməsi nəzərdə tutulur. Bundan sonra qatarlar "İçərişəhər" stansiyasından "Həzi Aslanov" stansiyasına birbaşa hərəkət edəcək”.

Qeyd edək ki, “Həzi Aslanov” stansiyasının dalan yolu 2024-cü il noyabrın 30-dan təmirə bağlanıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar