Ru
14:55 / 15 Yanvar 2020

“Həzi Aslanov” metrostansiyasının eskalatoru sökülür

“Həzi Aslanov” metrostansiyasının eskalatoru sökülür
Eye

“Həzi Aslanov” stansiyasının “ET-5M” tipli 1 saylı eskalatorunda əsaslı təmir işlərinə başlanılıb.

BakuPost-a "Bakı Metropoliteni" QSC-dən daxil olan məlumata əsasən, müvafiq texniki göstəricilərinə uyğun olaraq, bu tip eskalatorlar təxminən 150.000 km qaçış məsafəsindən sonra əsaslı təmirə dayandırılır.


Bildirilir ki, təmir dövründə eskalatorun əsas hissələri sökülərək, təmir-təftiş olunacaq, zəruri hissələr yenilənərək quraşdırılacaq.

Eskalatorların yenidən istismara verilməsi may ayına planlaşdırılır. Qeyd edək ki, bu eskalatorda əsaslı təmir işləri ilk dəfə aparılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar