Azərbaycanın Rusiyadakı keçmiş səfiri, politoloq Hikmət Hacızadə vəfat edib.
“BakuPost”un məlumatına görə, bu barədə onun oğlu Adnan Hacızadə məlumat verib.
Mərhum bu gün Yasamal qəbiristanlığında dəfn ediləcək.
Qeyd edək ki, H.Hacızadə noyabrın 11-də insult keçirərək Bakıdakı Respublika Müalicə-Diaqnostika Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilmişdi.
Xatırladaq ki, H.Hacızadə 1954-cü ildə Bakıda anadan olub. 1993-cü ildən Müsavat Partiyasının üzvü olub. Demokratiya problemlərinə həsr olunmuş Azərbaycanda ilk esse olan "Demokratiya haqqında 150 000 işarə" kitabı 1995-ci ildə nəşr edilib. "İnsan Haqları - bəşəriyyətin əsas ideyası" (1997), "Demokratiya: Gediləsi uzun bir yol" (Demokratiya Antalogiyası) və başqa kitabların müəllifidir. O, Baş nazirin sabiq müavini və Azərbaycanın Rusiyadakı keçmiş səfiri olub.
Allah rəhmət eləsin!