Ru
00:00 / 01 Sentyabr 2020

Hindistanın keçmiş prezidenti vəfat etdi

Hindistanın keçmiş prezidenti vəfat etdi
Eye

Hindistanın sabiq prezidenti, 85 yaşlı Pranab Mukercinin vəfatı ilə əlaqədar ölkədə yeddigünlük matəm elan edilib.

"BakuPost" xəbər verir ki, bu barədə məlumat Hindistan hökumətinin saytında yer alıb. Məlumatda bildirilir ki, avqustun 31-dən sentyabrın 6-dək Hindistan ərazisində matəm elan edilir. Bütün binalarda Hindistanın dövlət bayrağı endiriləcək və rəsmi tədbirlərin hamısı təxirə salınacaq.

Daha əvvəl Hindistan Respublikasının Prezidenti Ram Nat Kovind və Pranab Mukercinin oğlu Abxicit Mukerci “Twitter” hesablarında siyasətçinin vəfatı barədə məlumat veriblər. Pranab Mukerci Nyu-Dehlidə hərbi hospitalda vəfat edib. O, avqustun 10-da trombun çıxarılması üçün əməliyyat olunub. Bundan başqa, sabiq prezidentdə koronavirus aşkarlanmışdı.

Pranab Kumar Mukerci ölkədə ən hörmətli siyasi xadimlərdən biri idi. 2012-2017-ci illərdə Hindistanın prezidenti olub. Həmin vaxta qədər isə Maliyyə, Müdafiə və Xarici İşlər naziri vəzifələrində çalışıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar