Ru
20:10 / 27 Oktyabr 2025

Hökumət güzəşt limitini 2 dəfə artırır, 400 min olacaq

Hökumət güzəşt limitini 2 dəfə artırır, 400 min olacaq
Eye

2006-ci ildə, 1 dollar 78 qəpik olan zamanlarda sadələşdirilmiş vergi ödəyiciləri üçün ƏDV-yə cəlb olunmayan limit 200 min manat təsdiq edildi. 2015-ci ildə hökumət 3 pilləli devalvasiyaya getdi, manat 2 dəfədən çox dəyər itirdi, amma bu limit yenə 200 min manat olaraq aldı.


Bakupost.az xəbər verir ki, bu sözləri iqtisadçı Natiq Cəfərli qeyd edib.

O bildirib ki, çox böyük ehtimalla 2026-cı ilin əvvəlindən ƏDV-yə cəlb olunmayan dövriyyə 2 dəfə artırılaraq, 400 min manat olacaq.

O təklif edib ki, 400 min də azdır və bu rəqəm mütləq 1 milyona qaldırılmalıdır:

“Ölkə iqtisadiyyatında dərin böhran izləri var, ÜDM artmır, iqtisadi aktivlik zəifdir, buna görə də əsas diqqəti kiçik sahibkarlığa yönəltmək lazımdır. Dövriyyədən cəmi 5% vergi olsun, amma ƏDV-yə düşməyən dövriyyə həddini 1 mln. manata qaldırın. Ölkə, biznes, sahibkarlar, hətta büdcə də bu addımdan ancaq udacaq”.

Asena,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar