Ru
13:48 / 28 Aprel 2026

Hörmüz boğazını Putinin dostu yardı: 500 milyonluq yaxtası ilə - FOTO

Hörmüz boğazını Putinin dostu yardı: 500 milyonluq yaxtası ilə  - FOTO
Eye

Rusiya prezidenti Vladimir Putinin yaxın dostlarından olan milyarder Aleksey Mordaşovun superyaxtası həm İran, həm də ABŞ blokadasına baxmayaraq, Hörmüz boğazından keçib.

Bakupost.az xəbər verir ki, 142 m uzunluğunda, “Nord” adlı yaxta Dubaydan yola çıxaraq, Omanın Maskat şəhərinə gedib. Bu son aylarda boğazdan keçə bilən bir neçə şəxsi gəmidən biridir. 500 milyon dollar qiyməti olan yaxta birbaşa Modraşovun adına qeydiyyatda deyil. “Nord” haqqında məlumatlar onun 2022-ci ildə həyat yoldaşına məxsus bir firmada qeydiyyatdan keçdiyini göstərir.

“Superyacht Times” jurnalının yazdığına görə, superyaxtada üzgüçülük hovuzu, sualtı qayıq və helikopter meydançası var.
Mordaşov 2022-ci ildə Rusiya Ukraynaya genişmiqyaslı müdaxiləyə başlayandan bəri Böyük Britaniya, ABŞ və Avropa İttifaqı da daxil olmaqla, Qərb ölkələrinin sanksiyalarına məruz qalıb. Lakin bu ölkələrin bütün çağırışlarına baxmayaraq, Honq-Konq və Maldiv adaları onun aktivlərinin dondurulması ilə razılaşmayıblar.

Aleysey Mordaşov Rusiyanın ən böyük polad və mədən şirkəti “Severstal”ın sədridir. “Forbes”in qiymətləndirməsinə görə, təxminən 37 milyard dollar sərvəti var. Hazırda Rusiyanın ən zəngin insanı sayılır.

Əsmər Şahməmmədova, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar