Ali Məhkəmədə ATV-nin aparıcısı Zaur Baxşəliyev barəsində xüsusi ittiham qaydasında verilmiş şikayətə baxılıb.
Bakupost.az Teleqraf.az-a istinadən xəbər verir ki, məhkəmə şikayəti təmin etməyib.
Aparıcı ilə bağlı bəraət qərarı qüvvədə saxlanılıb.
Qeyd edək ki, Z.Baxşəliyevə qarşı Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə ittiham irəli sürülmüşdü.