Ru
15:59 / 28 Aprel 2026

Türkiyə F-16-ları Azərbaycanda - FOTO

Türkiyə F-16-ları Azərbaycanda  - FOTO
Eye

Türkiyə Hərbi Hava Qüvvələri Komandanlığına bağlı 191-ci Reaktiv Eskadrilya Komandanlığının 3 ədəd F-16 təyyarəsi və 79 nəfərlik şəxsi heyətin iştirakı ilə TURAZ Kartalı hərbi təlimləri Azərbaycanın Nasosnı aerodromunda icra olunur.

Bakupost.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi sosial media hesabında paylaşım edib.

“Bir millət, iki dövlət, bir ürək! Türkiyə Hərbi Hava Qüvvələri Komandanlığına bağlı 191-ci Reaktiv Eskadrilya Komandanlığının 3 ədəd F-16 təyyarəsi və 79 nəfərlik şəxsi heyətin iştirakı ilə TURAZ Kartalı hərbi təlimləri Azərbaycanın Nasosnı aerodromunda icra olunur”, - paylaşımda bildirilib.

Türkiyə-Azərbaycan birgə hərbi təlimləri aprelin 27-dən mayın 2-dək davam edəcək.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar