Artıq demək olar ki, bütün fənn müəllimləri sertifikatlaşdırmaya cəlb edilib.
Bakupost.az Milli.az-a istinadən xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov media üçün brifinqdə deyib.
"İndiyədək 80 mindən çox müəllim bu prosesdən keçib, cari ildə isə bu rəqəmin 100 minə çatdırılması planlaşdırılır".
E. Bağırov vurğulayıb ki, bu il ilk dəfə olaraq tarix, təsviri incəsənət, texnologiya, fiziki tərbiyə və musiqi fənn müəllimləri də sertifikatlaşdırmaya cəlb olunacaqlar.
Bu kateqoriyadan olan müəllimlərin sayı təxminən 20 min nəfərdir.
Onun sözlərinə görə, sertifikatlaşdırmadan uğurla keçən 90 min müəllimin əməkhaqqısı differensial qaydada tənzimlənəcək.
Direktor əlavə edib ki, yüksək nəticə göstərən müəllimlər üçün əməkhaqqına 35 faiz, ümumilikdə prosesdən uğurla keçənlər üçün isə 10 faiz artım nəzərdə tutulur.
İnşallah bizimdə maaş qalxar bank əlindən dilənçi günündəyəm
Təhsil muesissələrində işləyən texniki heyyətin maasi çox azdır. Onların işi ən çoxdur. 8saat işləyirik gündə maaş hecnə 350 azn. Bu haqsizliqdi gündən günə qiymətlərin qalxdığı dövrdə.
Poçt işçilərinin də maaşı azdır Qiymətlər hər gun qalxir
Mən başa düşə bilmirəm uşaq bağçası işçilərinin maaşı niyə artmır. Biz dayələr 8 saat işləyirik amma 380 manat maaş alırıq???? bu haqsızlıqdır axı müəllimələr 5 saat gəlir gedir 500 manat alır????
Mağazalarda da qiymətləri 5 ildən bir artırın onda.Hər gün mağazalarda qiymət artır.Nə dərəcədə o artım düzgündür? Müəllim 5 il gözləsinki onun maaşı artacaq.Məcbur olur repititorluğa əl atı.Yazşı maaş alsa repititorluq etməz.
Allahın izni ilə bir gün neftçilərin də maaşı artar!!! artıq 5 ildir həsrət qalmışıq!!!!