Ru
16:17 / 28 Aprel 2026

Tehran vurulur, Moskvanın cibləri dolur: Putin bunu necə bacardı?

Tehran vurulur, Moskvanın cibləri dolur: Putin bunu necə bacardı?
Eye

Hazırda Hörmüz boğazı ətrafında yaranan risklər qlobal neft tədarükünün təxminən 25%-ni təhlükə altına salıb.
Bakupost.az xəbər verir ki, bu da qiymətlərin 100 dollar ətrafında qalmasına səbəb olub. Nəticədə nəqliyyat xərcləri artır, ərzaq və sənaye məhsullarında qıtlıq yaranır.

Beynəlxalq ekspertlər düşünürlər ki, bu vəziyyətdən qazanclı çıxan yeganə ölkə Rusiyadır. Ukraynaya hücumundan sonra Rusiyaya beynəlxalq sanksiyalar tətbiq edilmişdi. Rəsmi Moskva nefti və neft məhsullarını satmaqda çətinlik çəkirdi. ABŞ və İsrailin İrana hücumundan, Hörmüz boğazının blokadaya alınmasından sonra İran Çin və Hindistan kimi bazarlara çıxmaqda çətinlik çəkdi. Nəticədə İranın yerini Rusiya doldurur.
Üstəlik, qiymətlərin artması Rusiyanın gəlirlərini daha da yüksəldir - hər 10 dollarlıq artım milyardlarla əlavə qazanc deməkdir.
Ekspertlər düşünürlər ki, ABŞ-nin sanksiyaları sərtləşdirməyə çalışmasına baxmayaraq, qlobal enerji bazarı Rusiya və İran kimi böyük təchizatçıları tam əvəz edə bilmir. Bu səbəbdən, müəyyən məqamlarda güzəştlərə getmək məcburiyyəti yaranır. Bu da sanksiyaların təsirini zəiflədir və Rusiyanın satışlarını davam etdirməsinə şərait yaradır.

Avropada isə enerji təhlükəsizliyi yenidən əsas problemə çevrilib. Alternativ mənbələrin bahalı və məhdud olması fonunda, region dolayısı ilə yenidən Rusiya enerjisindən asılı vəziyyətə düşür. Beləliklə, Yaxın Şərqdəki gərginlik uzandıqca, müharibədə birbaşa iştirak etməyən Rusiya həm iqtisadi, həm də siyasi baxımdan mövqeyini gücləndirir.

Bahar Babaşova, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar