Türkiyənin Batman şəhər mərkəzinə girən vəhşi donuz müxtəlif yerlərdə 3 nəfərə hücum edərək, onları yaralayıb.
Bakupost.az xəbər verir ki, hadisə gecə saatlarında baş verib. Küçələrdə dolaşan donuz qarşısına çıxan insanlara hücum edib. Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya yerləşdirilib.
Vəhşi heyvan bir müddət sonra ərazidən uzaqlaşıb.
Röya Rizvanzadə, BakuPost