Ru
16:08 / 28 Aprel 2026

AMEA-nın vəzifəli şəxsi Türkiyədə öldü

AMEA-nın vəzifəli şəxsi Türkiyədə öldü
Eye

Azərbaycan Milli Elmləri Akademiyasının (AMEA) vəzifəli şəxsi dünyasını dəyişib.

Bakupost.az Oxu.az-a istinadla xəbər verir ki, AMEA-nın Şəki Regional Elmi Mərkəzinin direktoru Yusif Şükürlü bu gün İstanbul Memorial Hospitalında vəfat edib.

O, bir müddət əvvəl müalicə məqsədilə Türkiyəyə aparılmışdı.

Qeyd edək ki, Y.Şükürlü 1948-ci ildə Şəki rayonunun Baş Şabalıd kəndində anadan olub. O, Bakı Dövlət Universitetinin Fizika fakültəsində təhsil alıb. 2007-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub. Fizika-riyaziyyat elmləri namizədi olan Y.Şükürlü 2014-cü ildən AMEA Şəki Regional Elmi Mərkəzinin direktoru işləyib.

Çox sayda elmi məqalənin, kitab və monoqrafiyaların, patentlərin və ixtiraların müəllifi olub. 2025-ci ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Tərəqqi" medalı ilə təltif edilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar