Ru
15:55 / 16 İyul 2026

Hüseyndən Zaura: "Pulumu qaytar, 1500 manat göndərmişəm" - FOTO

Hüseyndən Zaura: "Pulumu qaytar, 1500 manat göndərmişəm"  - FOTO
Eye

Aparıcı Zaur Kamal oğlu Bartunun adından dələduzluq edildiyini açıqlayıb.

"Bakupost" xəbər verir ki, aparıcı sosial şəbəkədə övladının adından tanınmış şəxslərə mesajlar göndərilərək pul istənildiyini bildirib.

Zaurun paylaşımına klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu da maraqlı şərh yazıb. O, 1500 manat göndərdiyini qeyd edib.

"Pulumu qaytar, 1500 manat göndərmişəm" deyə, Hüseyn şərhində yazıb. O, daha sonra bunun zarafat olmadığını, gerçəkdən pul göndərdiyini bildirib.

Qeyd edək ki, Zaur Kamal izləyicilərini və tanışlarını oğlunun adından göndərilən mesajlara inanmamağa çağırıb. O, bunun üçün polisə şikayət etdiyini açıqlayıb.(Axşam.az)


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar