Ru
18:17 / 26 Sentyabr 2025

İcma rəhbəri və polis dostunun qətlində SİRLİ məqam üzə çıxdı: Qisas cinayəti?

İcma rəhbəri və polis dostunun qətlində SİRLİ məqam üzə çıxdı: Qisas cinayəti?
Eye

Ermənistanda müxalif siyasətçi, Parakar icmasının rəhbəri Volodya Qriqoryanın qətlində şübhəli şəxs saxlanılıb.

Bakupost.az Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə mediahub.am məlumat yayıb.

Həbs edilən şəxs bu ilin fevralında kütləvi dava zamanı həlak olan Parakar sakininin qardaşıdır. Həmin davadan sonra Volodya Qriqoryanın qardaşı Paykar ev dustaqlığına alınmışdı. İddialara görə, şübhəli qardaşının ölümü üçün Qriqoryanlar ailəsindən qisas almaq istəyib.

Polis əməliyyatı zamanı itlərin köməyi ilə şübhəli izlənilib, onun yandırdığı ehtimal edilən paltarlar tapılıb. Ermənistan Daxili İşlər Nazirliyi hələ məlumatı şərh etməyib, cinayətin açılması istiqamətində tədbirlərin davam etdiyi bildirilib.

Xatırladaq ki, sentyabrın 24-nə keçən gecə "Aprelu Yerkir" partiyasının üzvü Volodya Qriqoryan evinin qarşısında güllələnərək öldürülüb. Hücum zamanı onun polisdə işləyən dostu da həlak olub. Partiyanın lideri hazırda Bakıda həbsdə olan Qarabağın keçmiş "dövlət naziri" Ruben Vardanyandır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar