Ru
18:28 / 28 Sentyabr 2020

İctimai nəqliyyatın hərəkəti adi rejimdə davam etdiriləcək

1894
28 sentyabr tarixindən hərbi vəziyyətin elan edilməsi haqqında Azərbaycan Prezidentinin Fərmanının icrası ilə bağlı komendant saatı tətbiq olunan Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində Abşeron, Cəbrayıl, Füzuli, Ağcəbədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında sərnişindaşımada fasiləsiz xidmətin təmin edilməsi məqsədilə ictimai nəqliyyatın hərəkətinin adi rejimdə (06:00-00:00) davam etdirilməsi təmin ediləcək.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX) "BakuPost"a verilən məlumata görə, hərbi vəziyyətin davam edəcəyi müddətdən asılı olaraq xüsusi hallar da nəzərə alınmaqla ictimai nəqliyyatın hərəkət qrafiki və qaydaları ilə bağlı son dəyişikliklər barədə xəbərlər operativ şəkildə ictimaiyyətə təqdim ediləcək.


Qeyd edək ki, bunda öncə Azərbaycanda komendant saatı səbəbindən şəhərlərarası avtobusların hərəkəti Bakı şəhəri istisna olmaqla bu gündən etibarən saat 6:00-dan 20:00-dək təşkil ediləcəyi bildirilirdi.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər