Ru
07:00 / 07 Fevral 2026

“İdrak”dakı insidentə görə alim çağırış etdi: Kişiləri qaytarın!

“İdrak”dakı insidentə görə alim çağırış etdi: Kişiləri qaytarın!
Eye

Liseydə baş verən hadisənin səbəbləri sırasında uzun zamandır sosial şəbəkələrdə azyaşlı uşaqların sərbəstliyi, cinayət aləmində olan şəxslərin sosial mediada kütləvi təbliği, kriminal meyxana və musiqilər, “PlayStation” zallarına nəzarətin olmaması (azyaşlılara döyüş oyunlarını sərbəst şəkildə oynamağa icazə verilməsi), telefona yüklənən proqramlara nəzarətin olmaması (saytları blok edənlər onu da edə bilərlər), uzun zamandır məktəblərdə baş verən hadisələrə ötəri yanaşma, şagirdlərin bıçaqlanması, öldürülməsi (Elgün məsələsi və s.), əksər məktəblərdə dərsdən çox müəllimlərin evlərində repetitorluqla məşğul olması (məktəb tərbiyəsi görməmək), valideynlərin müəllimlərə olan təzyiqi və açıq deyim, rüşvət alan müəllimlərin də buna pul qarşılığında susması, TV kanallarda gündə bir ailə-məişət söhbətinin əxlaqdan kənara çıxması və s. - bir çox amil dayanır.

Bakupost.az xəbər verir ki, bu sözləri tarixçi alim Zaur Əliyev bu gün İdrak Liseyində şagirdin müəllimini güllələməsi haqda qeyd edib.

“Məktəb direktoru vəzifəsinə imtahan suallarını düz tapanı yox, psixoloji hazır şəxsləri seçmək lazımdır. Özəl məktəblər məsələsini sistemləşdirmək lazımdır: “mənim pulum var, ildə 10-15 min ödəyə bilərəm” əvəzinə, “orta məktəb var, uşağı orda oxutmalıyam” demək lazımdır.

Məktəblərdə kamera nəzarət sistemi ilə yanaşı, xüsusi nəzarət aparatları lazımdır ki, uşaqlar üstlərində kəsici, deşici alətlər gətirə bilməsinlər. Valideynlər ayda bir dəfə məktəbdə açıq dərsdə iştirak etməlidir.

Kişi müəllimlər məktəbə qayıtmalıdır!
Ən əsas problem dövlətin bu sahədə olan qurumlarının işlərinin kağız üzərində olmasıdır. Daş, bıçaq dövrünü odlu silahlar əvəz edir indi, Allah bizi partlayıcılardan qorusun.

Nə etmək olar? Gec deyil!

İctimaiyyətin seçilən şəxslərindən komissiya yaradılmalı, bütün bu məsələlərlə bağlı qadağa, təklif və tövsiyələr hazırlanmalıdır. Ancaq bu zaman qohum, tanış və əmioğlu, xalaqızları yox, peşəkar insanlara üstünlük verilməlidir.

Mən təklifimi yuxarıda dedim!

Uçuruma düşməmək üçün sərt qərarlar qəbul etməliyik!”

Asena,
BakuPost

Şərhlər
  • Xuraman Kərimova

    Qadınların dözdüyü çətinliklərə kişilər dözə bilməzlər, bu dəfə də əsil müharibə bas verər şagird- müəllim müstəvisində, təlim-tərbiyə üsulu dəyişməlidir, ozü də əsaslı. Uşaqlar da, müəllimlər də eyni dərəcədə yüklənmə zorakılığına məruz qalırlar, Diabet bir növ peşə xəstəliyinə çevrilib müəllimlərçün, müəllimin gecəli-gündüzü yoxdur, şagirdin isə ümumiyyətlə həyatı işğal olunur və bu bir ay, bir il deyil, düz on bir il davam edir, sanki, bütün uşaqlar böyüyüb alim olmalıdırlar və yaşayış üçün lazım olan başqa heç bir peşə, sənət mövcud deyil, daha doğrusu ehtiyac yoxdur. İmkan verin qabiliyyəti çatan, həvəsi, arzusu olan oxusun, sənət, peşə öyrənmək istəyənlərin də təyinatı üzrə yönəldin.Məktəblərdə pesəyönümlü emalatxanalar, müxtəlif dərnəklər fəaliyyət göstərməlidir, uşaqlar maddi-mənəvi həyata hazırlanmalıdırlar. Yoxsa bir neçə il də hazırdakı qayda ilə davam etsə, mənəvi, hətta fiziki xəstə cəmiyyət yetişəcək.

  • Mais Abuşlu

    Bucür idarəetmə sisteminin axırı xeyirli görünmür... rüşvət, korrupsiya və tayfabazlığ ölkəyə böyük ziyan verir...

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar