Ru
19:06 / 10 Noyabr 2025

III Çarlz Trampla barışmağımızda əsas rol oynadı − Zelenski

III Çarlz Trampla barışmağımızda əsas rol oynadı − Zelenski
Eye

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla münasibətlərini bərpa etməkdə ona kimin kömək etdiyini açıqlayıb.

Bakupost.az xəbər verir ki, o, bu barədə “The Guardian” qəzetinə verdiyi müsahibədə danışıb.

Ukrayna başçısı bildirib ki, Böyük Britaniya Kralı III Çarlz Ağ Evdə gərgin keçən görüşdən sonra Trampla barışmaqda əsas rol oynayıb.

Zelenskinin sözlərinə görə, III Çarlz Prezident Trampa bir neçə vacib siqnal göndərib və bu da prezidenti Ukraynaya həvəslə dəstəyini davam etdirməyə vadar edib. Zelenski Trampın Krala hörmət etdiyini və onu çox vacib bir insan hesab etdiyini və III Çarlzın özünün Ukrayna xalqını fəal şəkildə dəstəklədiyini vurğulayıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar