Ru
17:53 / 02 Sentyabr 2025

İki yaşlı qızı oğurladı - Valideynlərinin üstünə it qısqırtdı

İki yaşlı qızı oğurladı - Valideynlərinin üstünə it qısqırtdı
Eye

Ağstafanın Aşağı Göyçəli kəndində ikiyaşlı qız uşağını oğurlamaqda ittiham olunan Telman Omarovun məhkəmə araşdırması başa çatıb.

Bakupost.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Omarov adam oğurluğunda təqsirli bilinərək uzunmüddətli azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

İttihamda yazılıb ki, 57 yaşlı T.Omarov kənddə keçirilən toy mərasimində azyaşlını izləməyə başlayıb. Uşaq yol kənarında oynayan vaxt onu qucağına alaraq idarə etdiyi "Lexus" markalı avtomobilə mindirib və Ağstafadakı evinə aparıb.

Övladlarının yoxa çıxdığını görən ailə əvvəlcə onun yaxınlıqdakı arxa düşdüyünü zənn edib.

Hadisənin yeganə şahidi isə anadangəlmə nitq qabiliyyəti olmayan kənd sakini Elmar imiş. Elmar uşağı qaçıran avtomobilin nömrəsini yerə yazaraq baş verənləri valideynlərə başa salıb. Bundan sonra körpəni Telmanın apardığı məlum olub.

Valideynlər kənd sakinlərini də toplayaraq uşağı almaq üçün onun evinə gediblər. Həmin vaxt sərxoş vəziyyətdə olan Telman həyətində saxladığı iti gələnlərin üstünə buraxıb. O, polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra azyaşlı valideynlərinə təhvil verilib.

Kənd sakinləri məhkəmədə də bu halı təsdiq ediblər. Kəndlilər deyiblər ki, uşağı geri almaq üçün valideynlərlə birgə T.Omarovun yaşadığı evə gediblər.

İçkili vəziyyətdə olan Omarov isə onları - "əgər yaxınlaşsanız, uşağı itə atacağam", - deyərək hədələyib. Hətta həmin vaxt uşağı T.Omarovun əlindən almağa çalışanlardan birini həyətdəki it dişləyib. Yalnız polisin müdaxiləsindən sonra ara sakitləşib.

Gəncə Ağır Cinayətlər Məhkəməsi toplanmış sübutlar əsasında Telman Omarovu təqsirli hesab edib. Ona ittiham edildiyi maddənin yuxarı həddi ilə -12 il 6 ay azadlıqdan məhrumetmə cəzası verib. Həmçinin cəzasının çəkilməsi yeri ciddi rejimli müəssisə seçilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar