Ru
17:31 / 31 İyul 2018

İlahə Şıxlinskaya İTV-də vəzifəyə gətirilə bilər

İlahə Şıxlinskaya İTV-də vəzifəyə gətirilə bilər
Eye

104 FM "Space” radionun baş prodüseri İlahə Şıxlinskaya İTV-də vəzifəyə gətirilə bilər.



Bu barədə BakuPost-da TV-dəki mənbələrdən məlumat verilib. Bildirilib ki, televiziyanın yeni sezonda fəaliyyətə başlayacaq səhər proqramının direktoru vəzifəsinə bir neçə namizəd irəli sürülüb. Onlardan ən real görünəni isə İ. Şıxlinskayadır. Bildirilir ki, sözügedən post İ. Şıxlinskayaya da təklif olunub. Lakin konkret razılaşma hələ əldə edilməyib.



Tərəflər razılaşarsa, o, yeni sezondan İTV-də proqram direktoru olacaq. 



Məlumat üçün bildirək ki, televiziyanın səhər proqramı olan "Yeni Gün” fəaliyyətini dayandırıb və verilişin direktoru və aparıcısı Rəşad Mehdili işdən çıxarılıb. 



BakuPost-a verilən digər məlumata görə isə, səhər proqramının komandasına daxil olan işçilərlə 1 aylıq müqavilə imzalanıb.



Şərhlər
  • Ayxan Quluzadə

    İlahə xanım çox gözəl aparıcıdır

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar