Ru
11:42 / 26 Yanvar 2026

İlham Əliyev Avstraliyanın General-Qubernatorunu milli bayram münasibətilə təbrik etdi

İlham Əliyev Avstraliyanın General-Qubernatorunu milli bayram münasibətilə təbrik etdi
Eye

Azərbaycan Prezidenti İlham Əliyev Avstraliya İttifaqının General-Qubernatoru xanım Samanta Mostinə təbrik məktubu ünvanlayıb.


Bakupost.az xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli xanım General-Qubernator,

Avstraliya İttifaqının milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

İnanıram ki, Azərbaycan ilə Avstraliya arasında münasibətlərin xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq ruhunda inkişafı, qarşılıqlı faydalı əməkdaşlığımızın davam etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Avstraliya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar