Ru
19:48 / 21 Dekabr 2020

İlham Əliyev rusiyalı naziri qəbul etdi

İlham Əliyev rusiyalı naziri qəbul etdi
Eye

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Rusiya Federasiyasının fövqəladə hallar naziri Yevgeni Ziniçevi qəbul edib.

"BakuPost" xəbər verir ki, fövqəladə hallar naziri Yevgeni Ziniçev Rusiya Prezidenti Vladimir Putinin salamlarını dövlət başçısına çatdırıb.

Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Rusiya dövlətinin başçısına çatdırmağı xahiş edib.

Görüşdə Azərbaycanla Rusiyanın müxtəlif qurumları, o cümlədən Fövqəladə Hallar nazirlikləri arasında uğurlu işçi əməkdaşlığın həyata keçirildiyi bildirilib və bu sahədə təcrübə mübadiləsinin önəmi qeyd edilib.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar