Ru
09:39 / 23 May 2025

Rusiyanın illərlə axtardığı narkobaron Azərbaycanda saxlanıldı

Rusiyanın illərlə axtardığı narkobaron Azərbaycanda saxlanıldı
Eye

Rusiyaya bir neçə yüz kiloqramdan artıq heroin gətirməkdə təqsirləndirilən Tacikistan vətəndaşı Emomov Taqaymurod Azərbaycanda saxlanılıb.

Bakupost.az xəbər verir ki, bu barədə “TASS”a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Qeyd olunub ki, saxlanılan şəxs hazırda Azərbaycandan Rusiya Federasiyasına ekstradisiyasını gözləyir.

Emomov Taqaymurod xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə 11 ildən artıqdır ki, axtarışda olub. İttiham tərəfinin fikrincə, təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi sahəsində xüsusilə təhlükəli cinayətlərin təşkilində təqsirli bilinir.

Emomov kuryerlər şəbəkəsi vasitəsilə Rusiyaya yüzlərlə kiloqram heroini idxal edib. Bu işdə təqsirkarların çoxu əvvəllər cinayət məsuliyyətinə cəlb edilib, həmçinin təşkilatçı qismində Emomovun əleyhinə ifadə veriblər, bəziləri isə artıq həbsdən azad ediliblər.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar