Ru
21:33 / 22 May 2025

İnfluenser və blogerlərin işi çətinləşdi - VERGİ ÖDƏYƏCƏKLƏR

İnfluenser və blogerlərin işi çətinləşdi - VERGİ ÖDƏYƏCƏKLƏR
Eye

"Bundan sonra hər bir influenser və ya bloger sosial media hesablarından etdiyi reklamlarda məcburi şəkildə “reklam”, “reklam hüququ əsasında”, “sponsorluq” və ya “tərəfdaşlıq” qeydini əlavə etməlidir".


Bakupost.az xəbər verir ki, bunu Mətbuat Şurası İdarə Heyətinin üzvü, texnobloger Fərid Pərdəşünas sosial hesabında yazıb.


“Bundan başqa, influenserə özü istifadə etmədiyi məhsulu istifadə edirmiş kimi göstərib reklam etmək qadağan olunur. Hər bir influenser VÖEN sahibi olmalı və hüquqi məlumatlarını qeyd etməlidir. Azərbaycan qanunvericiliyində influenserlər rəqəmsal platforma təsirçiləri olaraq adlandırıldı. Qanun isə artıq qüvvəyə mindi”, - deyə əlavə edib.


Aygün, Bakupost.az


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar