Çinli oftalmoloqlar 4200 km məsafədən oftalmoloji robotun köməyi ilə dünyada ilk dəfə subretinal inyeksiya əməliyyatını həyata keçiriblər.
Bakupost.az xəbər verir ki, bu barədə Sun Yat-sen Universiteti məlumat yayıb.
Əməliyyat 5G bağlantısı vasitəsilə həyata keçirilib.
Alimlər əməliyyatın uzaqdan, yüksək texnologiyalı göz cərrahiyyəsi sahəsində irəliyə doğru atılmış mühüm addım olduğunu deyirlər.
Bütün əməliyyat yeddi dəqiqə davam edib.
Asena,
BakuPost