Amerikalı milyarder İlon Maskın gözünün göyərməsinin səbəbi açıqlanıb.
Bakupost.az xəbər verir ki, bu barədə “Nyusvik” məlumat yayıb.
Məlumata görə, ABŞ-ın maliyyə naziri Bessent Ağ Evdə ona hücum edib:
"Bessent onu dələduz adlandırıb, buna cavab olaraq İlon fiziki qarşıdurmaya cəhd edib".
Qeyd edək ki, daha əvvəl Mask özü bu göyərmənin beş yaşlı oğlunun etdiyini bildirmişdi.